Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir - FOTOLAR

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar koronavirus (COVİD – 19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonu ərazisində profilaktik dezinfeksiya işləri aparılır.

Unikal.org xəbər verir ki, 31 mart 2020-ci il tarixində rayonun bütün ərazilərində, o cümlədən Rüstəm Rüstəmov küçəsi 35 və Qara Qarayev prospekti 61 ünvanlarda yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, zirzəmilərdə, məhəllədəki mini stadionda və söhbətgahlarda, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllədaxili yollarda dezinfeksiya işləri aparılıb.

Rayon ərazisində dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir.

Bundan əlavə, rayon ərazisində yaradılmış mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə, xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə evdə qalmaları tövsiyə edilib. Həmçinin Rayon İcra Hakimiyyəti tərəfindən 65 yaşdan yuxarı tənha qocalar və şəhid ailələri əhatə edilməklə 10 ailəyə ərzaq yardımı göstərilib və bu tədbirlər davam etdirilir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan tövsiyələr - VİDEO

SONRAKI XƏBƏR

Başqa ölkələrdə xüsusi karantinə alınmış xəstələr küçələrdə yatızdırılır, Azərbaycanda isə…