Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ

Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ

Koronavirus pandemiyası dünya ölkələrinin səhiyyə sistemində, cəmiyyətin davranışında mövcud olan çatışmazlıqları ortaya qoymaqla yanaşı, bu virusa qarşı həmrəylik hissini də formalaşdıra bildi. Qlobal pandemiya yüksək texnoloji inkişafa keçmiş, rəqəmsallaşma və elektron xidmətlər təklif etməkdə dünya lideri halına gələn Estoniya üçün seçdiyi inkişaf modelinin üstünlüklərini dünyaya nümayiş etdirməyə imkan verdi.

Modern.az xəbər verir ki, hazırda 745 nəfərin koronavirusa yoluxduğu ölkədə 4 nəfər pandemiyanın qurbanı olub. Buna baxmayaraq, əksər ekspertlər 1,3 milyon sakini və 45 min kvadrat kilometr sahəsi olan Estoniyanı pandemiyaya qarşı ən hazırlıqlı ölkə sayır. Belə ki, ölkə iqtisadiyyatı sırf texnologiyalar üzərində qurulub və ölkə sakinləri istənilən xidməti elektron formada əldə edə bilərlər. İnsanlar elektron qaydada səs verir və tibbi ləvazimatlarla bağlı elektron respertlərdən istifadə edir, hətta yaşayış izni almaq və vergi vermək elektron qaydada mümkündür. Yəni əksər ölkələrdə pandemiyaya ilə bağlı yenicə inkişaf edən elektron xidmətlər və onlyan ticarət bu ölkədə hələ 1990-cı illərin ortalarından dirçəlib.

Ölkə sakinləri dövlətlə yalnız 3 münasibət formasında şəxsi iştirak etmələri vacibdir: nikah bağlanan zaman, əmlakın başqa şəxsin adına keçirilməsin zamanı və boşanarkən. Eston ailələrinin 99%-i genişşəbəkəli optik internetə sahibdir, təhsli sistemi isə eletkron vasitələrin yaradılması və tətbiqi baxımından dünya lideridir.

Buna görə, ölkədə işləmək, təhsil almaq və alış-veriş etmək digər ölkələrdən fərqli olaraq distant şəkildə aparılır.

Estoniyanın rəqəmsallaşmasında başlıca rolu eks-prezident Toomas Hendrik İlves oynayıb. O hələ ABŞ-ın Nyu-Cersi ştatında 10-cu sinifdə oxuyarkən proqramlaşdırma ilə məşğul olub. İsveçdə doğulub, ABŞ-da böyüyən İlves tanınmış psixoloq və jurnalist idi. 1992-ci ildə müstəqil Estoniyanın prezidenti ondan tarixi vətəninin ABŞ-da səfiri olmasını xahiş edir.

Sonralar hökumət və parlament üzvü olan İlves prezident seçildikdən sonra məktəblərdə kompüter siniflərinin, ölkə üzrə pulsuz ictimai internet mərkəzlərin yaradılmasına start vermişdi. Bunun sayəsində, Estoniya kiçik ərazi və əhali sayına baxmayaraq, dünyanın əsas rəqəmsallaşmış ölkəsi halına gəlib. Yer kürəsiu sakinlərinin əksəriyyətinə tanış olan “Skype” proqramı da məhz estoniyalı proqramçılar tərəfindən hazırlanıb.

Martın 12-də Estoniyada fövqəladə vəziyyət elan olunub. Bu fonda startaplar ölkəsi kimi tanınan Estoniyada hökumət virusa qarşı effektiv mübarizə üçün ölkə sakinlərindən təşəbbüslər gözləyir.

Yerli proqramçılar fövqəladə vəziyyət halında yardıma möhtac olan insanlarla könüllülər arasında əlaqə yaradan tətbiqin hazırlanmasını irəli sürüblər. Başqa bir təklif isə şirkətlər arasında əməkdaş mübadiləsini nəzərdə tutur. Həmin tətbiqi yükləməklə, məsələn, böhran kçeirən turizm sahəsində çalışan şəxsin müvəqqəti olaraq elektron ticarətdə çalışmasına şərait yaradır. Bu təkliflər ölkədə geniş müzakirə olunur və mövcud qanunların dəyişdirilməsi hesabına yerinə yetiriləcək.

Koronavirus və digər qlobal böhranlar zamanı onlayn platformalarda müzakirələr aparan Estoniya cəmiyyəti koronavirusun yayılmasına və profilaktikasına qarşı apardığı mübarizə sayəsində innovativ xalq olduüqlarını bir daha sübut edə biliblər.

Mənbə: modern.az