“Payızda koronavirusun ikinci dalğası ilə üz-üzə qala bilərik” – Amerikalı mütəxəssisdən xəbərdarlıq

“Payızda koronavirusun ikinci dalğası ilə üz-üzə qala bilərik” – Amerikalı mütəxəssisdən xəbərdarlıq

"Lakin o zaman virusu boğmaq qabiliyyətimiz fərqli olacaq”

ABŞ payızda koronavirusun ikinci dalğası ilə üz-üzə qala bilər.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlə Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci çıxış edib. Ekspertin sözləinə görə, payızda yeni dalğanın baş verməsi gözlənilən olsa da, bir çox şeylər fərqli olacaq:

"Güman edirəm ki, bu baş verəcək. Ancaq payıza qayıtsaq, tamamilə fərqli bir oyun olacaq. Bir sıra şeylər fərqli olacaq. Xüsusilə - virusu boğmaq və sınaq keçirmək qabiliyyətimiz”.

Məlumat üçün qeyd edək ki, hazırda ABŞ-da 160 mindən çox insanın koornavirusa tutulduğu bildirilir. Ən çox narahatlıq doğuran məqam isə xəstəliyin sürətlə yayılma tendensiyasının davam etməsidir.

Mənbə: aztehsil.com