Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır?

Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır?

Qoxu və dad hissiyatı itməsinin koronavirusun əlamətləri arasında yer aldığını söyləyən türkiyəli mütəxəssislər virusun ən çox rast gəlinən simptomlarına diqqət çəkib.

Moderator.az xəbər verir ki, virusun əlamətləri ilə yanaşı necə yoluxduğu haqqında məlumat verən mütəxəssislər insanlara məcbur olmadıqca evdən çıxmamağı tövsiyə edib.

Yeni növ koronavirusun əlamətləri arasında ishal, iştahsızlıq və ürəkbulanma kimi həzm sisteminə təsir edən simptomların olduğunu deyən mütəxəssislər xəstəliyin ən başlıca əlamətinin qoxu və dad hissiyatı itməsi olduğunu bildirib.

Özlərində virusun əlamətlərini hiss edən şəxslərin həkimə müracit etməsini tövsiyə edən mütəxəssislər "Gənc xəstələrdə öskürək və qızdırma kimi önəmli simptomlar olmaya bilər. Ancaq sadəcə qoxu və dad hissiyatı itər. Bu da bu virusa burundan yoluxduğunu göstərir. Ayrıca şiddətli baş ağrısı və ishala da yol aça bilər. Bu əlamətlər varsa, maska taxıb ən yaxın xəstəxanaya getmək lazımdır. Ayrıca marketdən aldığımız meyvə və tərəvəz yuyulmalı, paketli məhsullar isə yuyucu tozu ilə isladılmış bezlə təmizlənməlidir" deyib.

Kamran

Mənbə: moderator.az