Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 900-ə çatdı

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 900-ə çatdı

Cənubi Koreyada bir gün ərzində koronavirusa 101 yoluxma qeydə alınıb.

EdNews RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Mərkəz qeyd edib ki, ölkədə COVID-19-dan 159 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 9 887 nəfərə qədər artıb, 165-dən çox insan pandemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Son məlumatlara görə, dünyada koronavirusdan ölənlərin sayı 36 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 750 890 nəfərdir.

Mənbə: ednews.net