Dünya müharibəsinin qazisi koronavirusa qalib gəldi

Dünya müharibəsinin qazisi koronavirusa qalib gəldi

ABŞ-ın Oreqon ştatında 95 yaşlı İkinci Dünya Müharibəsi qazisi Bill Kelli yeni tip koronavirusdan müalicə olunaraq evə buraxılıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Martın 17-də COVID-19 testinin müsbət çıxmasından sonra müalicəsinə başlanılan Kelli bu gün tamamilə sağalıb.

Kellinin, həmçinin, böyrək və ürək xəstəliyi olduğu, yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilib.

Mənbə: www.oxu.az