Sadio Mane xəstəxana tikdirir

Sadio Mane xəstəxana tikdirir

Sadio Mane ölkəsi Seneqalda koronavirus xəstələrinin müalicəsi üçün xəstəxana tikdirir.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Liverpul”un ulduzu xəstəxananı doğulduğu Bambali qəsəbəsində inşa etdirir.

Məlumata görə, 3,5 milyon dollara başa gələcək xəstəxananın tikintisi sürətlə davam etdirilir və yaxın zamanda hazır olacağı gözlənilir.

Bildirək ki, Mane bundan öncə Bambalidə lisey inşa etdirib.

Mane Seneqala etdiyi sosial xidmətə görə ölkə prezidenti Maki Sall tərəfindən təltif edilib.

Fərid ƏDALƏTBAKU.WS

Mənbə: baku.ws