“Eko Park” brendindən dəstək çağırışı: 600 ailəyə yardım ediləcək - VİDEO

“Eko Park” brendindən dəstək çağırışı: 600 ailəyə yardım ediləcək - VİDEO

Daşınmaz əmlakın tikinti sektorunda uğurlu fəaliyyəti ilə seçilən “Eko Park” brendinə məxsus “SAS 2015” MTK və “SAS inşaat” MTK koronavirusun dünyanı cənginə aldığı bir ərəfədə təqdirəlayiq addım atıb.

Belə ki, hər iki şirkət “Güc birlikdədir!” prinsipini əsas götürərək, dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədilə balansında olan xüsusi texnikalar vasitəsilə Masazır, Ceyranbatan, Novxanı və Xırdalanın bir hissəsində yolları və küçələri dezinfeksiya məhlulları ilə yuyub.

Bununla yanaşı, “Eko Park” tərəfindən aprelin sonuna qədər ehtiyacı olan 600-ə yaxın ailəyə birdəfəlik ərzaq yardımı nəzərdə tutulur. Bu barədə şirkətin rəhbəri Süleyman Əliyev məlumat verib:

“Biz imkan daxilində ehtiyacı olan hər kəsə yardım etməyə çalışırıq. Hətta kampaniya başladığı müddətdən bu yana artıq 300 ailəyə yardım göstərilib. Mən inanıram ki, yardım etmək imkanı olanı hər bir vətəndaşımız bu addımı atacaq”.

Qeyd edək ki, şirkətdən bildirilib ki, görülən işlərin ictimailəşdirilməsində əsas məqsəd ehtiyacı olan ailələrə yardımın əhatəsini genişləndirməkdir.

 

Mənbə: www.oxu.az