101 yaşlı qadın koronavirusa qalib gəldi...

101 yaşlı qadın koronavirusa qalib gəldi...

Hollandiyada koronavirus epidemiyasına yoluxan yaşlı qadın müalicə aldıqdan sonra sağalıb.

Moderator.az xəbər verir ki, dünyanı təsiri altına salan koronavirus epidemiyası ilə bağlı bu cür pozitiv xəbərlərin yayılması digər xəstələrə də stimul verir. Virusa qalib gələn yaşlı qadın həkimlər tərəfindən “ümid qığılcımı” adlandırılıb.

Rotterdam şəhəri yaxınlığında İsseland xəstəxanasına təxminən iki həftə öncə müraciət edən qadının testləri pozitiv çıxıb. Müalicədən sonra evə buraxılan qadın bir müddət qocalar evində qalacaq.

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az