Koronavirus ən çox bu xəstəliyi olan şəxsləri öldürür

Koronavirus ən çox bu xəstəliyi olan şəxsləri öldürür

Koronavirusun 12 mindən çox insanın həyatına son qoyduğu İtaliyadan virusun bu xəstəliyi olan insanlarda təsiretmə müddətinin tez olması ilə bağlı yeni açıqlamalar gəlib.

Unikal.org-un xəbərinə görə, İtaliya Ali Sağlamlıq İnstitutunun (ISS) prezidentinin açıqlamasına görə, yüksək qan təzyiqi xəstələri həyatını itirənlər arasında ilk sırada yer alır.

Həmçinin də,virusun xroniki narahatlığı olan insanlarda ən təsirli olduğu bildirilib. Ali Sağlamlıq İnstitutunun (ISS) prezidenti Silvio Brusaferro, yeni tip koronavirus epidemiyası hallarında xəstələnmə sürətindəki əyrinin düz bir istiqamətə doğru getdiyini və buna görülən tədbirlər nəticəsində əldə edildiyini söyləyib.

Brusaferro, ISS-in 30 mart tarixinə qədər yayılan xəstəliyin gedişi ilə bağlı son hesabatını bölüşüb. Brusaferro son günlərdə yeni yoluxanlarda böyük artım olmadıöını vurğulayıb.

Ölən 10 min 26 nəfərdən 2-si (0,02 faiz) 20-29 yaşında, 20-i (0,2 faiz) 30-39 yaşında, 89-u (0.9 faiz) 40-49 yaş, (3,7 faiz) 50-59 yaş, 1162 (11,6 faiz) 60-69 yaş, 3456 (34,5 faiz) 70-79 yaş, 3984 (39,7 faiz) 80 -89 yaş və 939 (9,4 faiz) 90 yaş və daha yuxarı olduğu qeyd edilib. Bu çərçivədə, İtaliyada “Kovid-19”dan ölənlərin 95,2 faizi 60 yaşdan yuxardır.

Patoloji xəstəlikləri müayinəsində koronavirus səbəbiylə ölən 909 adamın ölümündə ən çox görülən patoloji pozğunluqlar yüzdə 73,5 ilə hipertansiyona səbəb olur.

Müvafiq olaraq, üç və ya daha çox patoloji xəstəliyi itirənlərin nisbəti 51,7%, iki patoloji xəstəliyi olanların nisbəti 24,5%, yalnız bir xəstəlik olanların nisbəti 21,6% təşkil etmişdir. Ölənlər arasında heç bir xəstəliyi olmayanların nisbəti 2,1 faiz təşkil edib.

Mənbə: www.unikal.org