"Şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq" - Kamran Əsədov

"Şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq" - Kamran Əsədov

"Şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq"

Bu sözləri  Aqreqator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi  təsir göstərdi. Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər.
Ona görə də Təhsil Nazirliyinin, eyni zamanda ITCITY (www.itcity.az) şirkətinin evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri məqsədi ilə EVTA (Ev Tapşırığı) layihəsini olduqca müsbət qiymətləndirirəm. Həm Təhsil Nazirliyinin virtual məktəb platforması, həm də EVTA layihəsi ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, EVTA layihəsi şagirdlər üçün göydən düşmə olacaq.
Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki EVTA layihəsi tam şəkildə proqramı əhatə edir. Həmçinin proqramın istifadəsi də çox rahatdır.

Əminəm ki, qısa müddətdə EVTA proqramından istifadə kütləvi hal alacaq.

Qeyd edək ki, EVTA layihəsinin məqsədi şagirdlərə həm azərbaycan, həm də rus sektoru üzrə ibtidai siniflərin Riyaziyyat fənni üzrə ev tapşırığını daha rahat izah etmək, valideynlərlə birgə vaxt keçirmələrinə imkan yaratmaqdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür:

 https://evta.az 

Mənbə: aqreqator.az