Oqtay Şirəliyevin qızı: “Atam həddindən artıq müdrik və incə bir insandır”

Oqtay Şirəliyevin qızı: “Atam həddindən artıq müdrik və incə bir insandır”

“Birmənalı cavab vermək istərdim: Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərmin Şirəliyeva deyib.

“Bu sözləri olduqca sakit söyləyirəm, qızı kimi deyil, obyektiv gerçəkliyi görməyi bacaran bir yetkin peşəkar insan kimi... Qızı kimi isə onun haqqında ancaq sonsuz sevgimdən danışa bilərəm. Media haqqında isə şəxsi müşahidəmi əlavə edə bilərəm. Bu müşahidə mədəniyyət sahəsindəndir, hansı ki, medianı özündə ehtiva edir. Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir. Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar” – N.Şirəliyeva qeyd edib.APA

Mənbə: pravda.az