İcra başçısı maşınla küçələri gəzdi, əhaliyə çağırış etdi - ViDEO

İcra başçısı maşınla küçələri gəzdi, əhaliyə çağırış etdi - ViDEO

Azərbaycanda icra başçısı xidməti avtomobili ilə rayon ərazisində gəzərək mikrafonla əhaliyə müraciət edib.
"Yeni Sabah” xəbər verir ki, bu addımı Quba rayonunun icra başçısı Ziyəddin Əliyev atıb. O, şəhərin küçələrini, qəsəbələri gəzərək avtomobildən düşmədən və əhali ilə yaxın ünsiyyətdə olmadan müraciət səsləndirib:

"Əziz Qubalılar! Sizə müraciət edən rayonun icra başçısıdır. Xahiş edirəm koronavirusdan qorunmaq və yayılmasının qarşısını almaq üçün evdə qalın”.
Həmin görüntüləri təqdim edirik:

www.anews.az

Mənbə: anews.az