65 yaşdan yuxarı olan sakinlərə yardım edilir

65 yaşdan yuxarı olan sakinlərə yardım edilir

Artıq bir neçə gündür ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qruplar rayonun bütün qəsəbələrində tənha yaşayan yaşlı və kimsəsiz insanların evlərinə baş çəkir, onların əhvalları ilə maraqlanır və onlara ərzaq və dərman ləvazimatları ilə yardımlar edirlər.

Bu gün də könüllülərdən ibarət qrup Lökbatan qəsəbəsində yaşı 65-dən çox olan və tənha yaşayan 10 nəfər sakinə evlərində baş çəkərək ərzaq yardımı ilə köməklik göstəriblər. Növbəti günlərdə bu yardımların edilməsi davam ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan könüllülər bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.

Mənbə: olaylar.az