ABŞ-da tibb bacısının çəkdiyi video dünya mətbuatında - "Heçnə yaxşılığa doğru getməyəcək"

ABŞ-da tibb bacısının çəkdiyi video dünya mətbuatında - "Heçnə yaxşılığa doğru getməyəcək"

ABŞ-da tibb bacısı gözyaşları içərisində vəziyyətin pisə doğru getdiyini bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o, maska ​​çatışmazlığı səbəbi ilə işindən ayrılmaq məcburiyyətində olduğunu və xəstəxanada virusun yayıldığını qeyd edib: "Bu gün təcili yardım otağına gələndə maska ​​taxan tibb bacılarını görməyi xəyal etdim, amma onların çoxunda maska yox idi. Müdirim isə mənə, “yetərincə maska alsaq, önümüzdəki həftələrdə tibb işçilərin cərrahi maska taxmalarını düşünə bilərik", sözlərini dedi. Lakin cərrahi maskalar bizi qorumur və virus xəstəxanada yayılmağa davam edir. Xəstələrin 90%-i aktiv koronavirus daşıyıcısıdır".

Tibb bacısı son olaraq müdirinə öz N95 maskasını taxmaq üçün icazə istədiyini desə də, onun icazə vermədiyini bildirdi: “ Mən öz həyatımı və sevdiklərimin həyatını xilas etmək üçün ərizə yazaraq işindən çıxdım. Bu işin sonu yaxşılığa doğru getməyəcək. ABŞ bu çətinliyə hazır deyil və tibb bacıları qorunmur".

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com