Bakıdan Abşerona gediş-gəliş məhdudlaşdırılır: Postlar quruldu - Rəsmi

Bu gündən etibarən Abşerona da avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyulub.

Avropa.info bildirir ki, bu barədə Lent.az -ın redaksiyasına müraciət edən oxucular məlumat verib. Onlar nəzarət-buraxılış postlarının qurulmasından xəbərsiz olduqlarını və şəhərə daxil ola bilmədiklərini deyiblər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Xırdalanda post qurulması faktını təsdiqləyib:

“Bəli postlar Xırdalanda da var. Bundan əlavə, Masazırda da, Sumqayıtda da postlar qurulub. Bir daha vətəndaşlara tövsiyə edirik ki, zərurət olmadığı təqdirdə evdən çıxmasınlar”.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Millətlər Liqasında pley-off oyunları növbəti dəfə təxirə salındı

SONRAKI XƏBƏR

Türk futbolu koronadan ilk itkisini verdi