Səhiyyə Nazirliyindən xəbərdarlıq: koronavirus cinsi yolla da ötürülür

Səhiyyə Nazirliyindən xəbərdarlıq: koronavirus cinsi yolla da ötürülür

Koronavirus cinsi yolla ötürülə bilir.

KONKRET.az xəbər verir ki, bu haqda xəbərdarlığı rusiyalılara Rusiya Səhiyyə Nazirliyinin Baş uroloqu Dmitri Puşkar edib.

O, həmçinin qeyd edib ki, infeksiyanın ötürülməsinin cinsi yolu əsas deyil, amma onu karantində olarkən xatırlamaq lazımdır.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib.

Xəstəliyin səbəbkarı yeni koronavirus tipidir. Ona COVİD-19 rəsmi adı verilib.

Martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus pandemiyanın baş verdiyini açıqlayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az