Sabiq polis rəisidən tövsiyə: “Qanuna, qaydaya tabe olun !”

Sabiq polis rəisidən tövsiyə: “Qanuna, qaydaya tabe olun !”

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtomobillərlə şəhər əhalisinə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirlər.

Əfsuslar olsun, bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar. Keçmiş polis rəisi Mahmud Hacıyev “Sherg.az”a açıqlamasında belələrinin ilk növbədə qanuna hörmətsizlik etdiyini deyib:

“Həmin insanlar nə qanunu sayır, nə də hüquq- nühafizə orqanlarına tabe olurlar. Bunun adı hörmətsizlikdir! Qanuna tabe olmaq lazımdır. Onu da deməliyəm ki, bu sahibkarlar cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb oluna bilməzlər. Belə hallarda inzibati xətalar məcəlləsinin müvafiq maddəsi tətbiq olunur. Yalnız obyektdə başqa bir qanun pozuntusu aşkarlandığı halda cinayət məcəlləsinin konkret maddəsi ilə iş açıla bilər”.

Mənbə: sherg.az