Cərrah-transplantoloq Mircəlal Kazımi canlı yayımda çıxış edəcək

Bakı. Trend:

Azərbaycanın məşhur cərrah-transplantoloqu Dr. Mircəlal Kazımi 2 aprel 2020-ci il tarixində saat 15.00-da facebook səhifəsi üzərindən CANLI YAYIMDA “Koronavirus COVİD-19 pandemiyası, orqan transplantasiyası olunmuş insanlar necə qorunmalıdırlar?” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Orqan transplantasiyası əməliyyatı olunmuş insanlar xüsusi risk qrupuna daxildirlər.

Dr. Mircəlal Kazımi 2008-ci il dekabrın 12-də Azərbaycan Respublikasında, eləcə də Qafqazda və Orta Asiyada ilk dəfə canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatını icra edib. Onun rəhbərliyi ilə artıq 800-dən çox insana orqan transplantasiyası əməliyyatı uğurla icra edilib. 2019-cu ilin nəticələrinə görə Dr.Mircəlal Kazımi transplantologiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə “İlin həkimi” nominasiyasında “Azeri Business Award 2019” Milli mükafatına layiq görülüb. Dr.Mircəlal Kazıminin məhsuldar və uğurlu fəaliyyəti nəticəsində qaraciyər transplantasiyası bölməsi Avropa Qaraciyər Transplantasiyası reyestrinin həqiqi üzvü qəbul edilib.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən təşkil olunacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə həkimə ünvanlamaq mümkündür. Canlı yayım barədə əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır” - UEFA

SONRAKI XƏBƏR

“Koronavirus” fırıldaqçıları pul qazanmağın yeni növünü icad ediblər