“Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU

“Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU

Hal-hazırda hamımız televizor qarşısında əyləşib hər gün yoluxanların sayını izləyirik. Biz isə təcrid müddəti bitdikdən sonra sakinlərimizin görəcəyi ilk iş haqqında maraqlanmaq qərarına gəldik.

Yəqin ki, sosial təcridin ən çətin tərəfi öz doğmalarımızı, xüsusilə yaşlı valideynlərimizi görə bilməməkdir. Bizim üçün adiləşən bir çox şeylərin əslində nə qədər vacib olduğunu anlamaqdır.

Sputnik Azərbaycan əhalidən təcrid bitəndən sonra edəcəyi ilk işin nə olacağını soruşdu. Cavablar isə gözlədiyimizdən də maraqlı alındı. Bakı əhlinin ən çox nə üçün darıxdığını videomuzda izləyin.

Mənbə: sputnik.az