Əməkdar həkim koronavirusdan qorunmağın yeganə yolunu AÇIQLADI

Əməkdar həkim koronavirusdan qorunmağın yeganə yolunu AÇIQLADI

Rusiyanın Əməkdar həkimi, Dövlət Dumasının deputatı Gennadi Onişenko koronavirusdan qorunmağın yeganə yolunun immunitet sistemini gücləndirən məhsullardan istifadə olduğunu açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim qrip və digər virus infeksiyaları ilə yanaşı, koronavirusa qarşı da xüsusi preparatın olmamasına diqqət çəkib. Onişenkoya görə peyvənd vücudu virusla mübarizəyə hazırlaya bilər, bundan artıq potensialı yoxdur. İmmunitet sistemini gücləndirən hər hansı məhsul COVID-19-dan qorunmaq üçün istifadə edilə bilər.

“Sarımsaq koronavirusdan qoruyur. Artıq havada bir növ sterilizator var və qoruyur. İmmunitet sistemini stimullaşdıran hər şey uyğundur”, - deyə millət vəkili Birinci kanalda yayımlanan “Dok-Tok” proqramında izah edib.

Daha sonra Onişenko on acı bibər yeməyi sevdiyini etiraf edib. Mütəxəssis əlavə edib ki, yoluxmuş şəxsin vücudu koronavirus infeksiyası ilə mübarizə apararkən, insan yalnız xəstəliyin əlamətlərini yüngülləşdirə bilər. Onun sözlərinə görə, indi dünya sadəcə dərman üzərində deyil, Rusiya və Çində artıq mövcud olan anoloji qrip peyvəndi və əlverişli diaqnostika metodu istiqamətində işləyir.

Aytən Məftun

Mənbə: publika.az