Gecəgörmə Cihazları Bazarı: 2019-2023

Gecəgörmə Cihazları Bazarı: 2019-2023

Gecəgörmə cihazları bazarının 2019-2023-cü illərdə 6% -dən çox artaraq 2,79 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Ordu.az xəbər verir ki, bu barədə "Technavio" şirkətinin apardığı araşdırma nəticəsində hazırladığı hesabatda qeyd olunub.

Hesabatda mövcud bazarın vəziyyəti, son tendensiyalar, bazarın iştirakçıları və ümumilikdə bazarın mühiti ilə bağlı analizlər təqdim olunub.

Bazarın əsas iştirakçıları “American Technologies Network”, “ASELSAN AS”, “BAE Systems”, “Elbit Systems”, “FLIR Systems”, “L3Harris Technologies”, “Raytheon”, “Thales Group”, “United Technologies” və “Vista Outdoor” şirkətləridir.

Hesabatda qeyd olunur ki, hərbi əməliyyatlarda cihazlara olan tələbin artması bazarın böyüməsinə təkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az