Nərimanov RİH gücləndirilmiş rejimdə - VİDEO

Nərimanov rayonunda həyata keçirilən pilot layihələrdən biri olan ,gələcəkdə 16,17,18 mərtəbəli 8 binanın istifadəyə verilməsini palnlayan İnteks şirkəti də öz işini texniki təhlükəsizlik və gigiyena qaydaları əsasında həyata keçirir.

Qeyd edək ki,İnteks şirkəti tikinti işlərini 3.8 hektarlıq bir ərazidə həyata keçirir və 100-dən çox işçi bu layihəyə cəlb olunub.Əgər gözlənilməyən xoşagəlməz bir hal baş verməzsə 1 mərtəbəni 15 günə bitirə bilirlər.

Xatırladaq ki,Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir.Tədbirlər çərçivəsində binaların girişləri, pilləkən qəfəsləri, liftləri, həyətləri təsirli kimyəvi vasitələrlə dezinfeksiya olunur.

Eyni zamanda əhali arasında təbliğat prosesi də aparılır.Belə ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev sakinlərə yaxınlaşaraq Virusa yoluxmanın qarşısının alınması məqsədilə Operativ Qərargah tərəfindən müəyyən edilmiş tövsiyələr və qərarlara riayət etmələrini tələb edir.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusu ilk dəfə aşkar edən həkim itkin düşüb

SONRAKI XƏBƏR

Ramzan Kadırovdan koronavirusa görə QADAĞA