Fədakar Azərbaycan polisi - Həyatı təhlükə altında olsa da, bir an belə sayıqlığını itirmir

Fədakar Azərbaycan polisi - Həyatı təhlükə altında olsa da, bir an belə sayıqlığını itirmir

Onlar hər gün gücləndirilmiş iş rejimində işləyir, təhlükə ilə üz-üzə qalırlar. Həyatını riskə ataraq vətəndaşını maarifləndirir və məsuliyyətsizlik edənləri cəzalandırır. Söhbət karantin rejimində gücləndirilmiş iş rejimində çalışamn polis əməkdaşlarından gedir.

İndi Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır. Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polislərimiz bir an olsun sayıqlıqlarını itirmirlər. Təmkinlə insanları evdə qalmağa çağırırlar, vətəndaşlarla ünsiyətdə olur, koronoviorus infeksiyasının nə qədər ciddi problemlər yaratdığı ilə bağlı maarifləndirmə işləri aparırılar.

Məsuliyyətsizlik edərək, lazım olmadığı halda evdən küçəyə çıxan və hər an virusa yoluxma ehtimalı olan insanları nəzarətdə saxlamaq onların işini daha da çətinləşdirir. Buna baxmayaraq onlar gördükləri səhlankarlığa dərhal reaksiya verirlər. Elə biz özümüz də çəkiliş zamanı bir daha bunun şahidi oluruq.

Küçələrdə xəstə vəziyyətdə gəzən və başqalarının həyatına təhülkə yaradan insanlarla bağlı da polisimiz dərhal tədbir görür.

Polisin işi bununla bitmir. Post patrul xidmətinin maşınları səsgücləndiricilər vasitəsiylə insanları karantin qaydalarına əməl etməyə səsləyir.

Polis əməkdaşları qadağan olunmuş yerlərə insanların girişini, kütləvi toplaşmasının qarşısını almaq üçün şəhərin istənilən ərazisində xidmət aparır. Polisə dəstək ictimai bilriyinin sədri Şəmsəddin Əliyev deyir ki, polislərimiz öz həyatlarını riskə atmaqdan çəkinmirlər.

Koronovirus təhüləsinin qarşısını almaq üçün mübarizə aparmaq və maarifləndirmək təkcə polisin yox hər bir vətəndaşın vəzifəsidir. Kimliyindən asılı olmayaraq günü-gündən artan bu virusdan qorunmaq üçün hər kəs özünü və ətrafını qorumalıdır.

atv.az

Mənbə: www.atv.az