Təcrid vəziyyətində olanlara üç əsas məsləhət

Təcrid vəziyyətində olanlara  üç əsas məsləhət

Sualtı qayığın keçmiş kapitanı təcrid vəziyyətində olanlara üç əsas məsləhət verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu məsləhətləri İngiltərə Kral Dəniz Qüvvələrinin nüvə sualtı qayığının keçmiş kapitanı Rian Ramsey REN TV-yə müsahibəsində açıqlayıb.

Eks kapitan sualtı qayığın təcrübəsinin onun təcrid olunmasına necə kömək etdiyi barədə söyləyib və həmçinin koronavirus pandemiyası səbəbindən ilk dəfə bu vəziyyətdə olanlara məsləhət verib.
"Mən evdə qalıram. Britaniya hökumətinin göstərdiyi qaydalara əməl edirəm. Bu mənim üçün problem deyil. Mən nüvə sualtı qayıqda xidmət etdim və çox məhdud ərazidə idim. İndi mənim və ekipajımın sualtı sahillərində olduğundan daha çox boş yerim var", deyə İngiltərə Kral Dəniz Qüvvələrinin nüvə sualtı qayığının keçmiş kapitanı Rian Ramsey bildirib.
Ramsey, insanın özünü təcrid etməsini və normal fiziki və psixoloji vəziyyətini qorumalarına kömək edəcək üç məsləhət verib.
"Mən sizə üç əsas məsləhət verəcəyəm. Gündəlik bir iş qrafiki qurun. Əvvəl nə etdiyinizi, əlavə edə biləcəyinizi yazın. Tək və ya kimsə ilə yaşamağınızın fərqi yoxdur, özünüz üçün cədvəl hazırlayın və evdə oturacaqlar ayırın. Ayrıca təmizlik işləri görməyi də unutmayın. Sağlamlıq üçün təmiz bir otaqda olmağınız vacibdir. Növbəti göstəriş: fasilə verin. Mənfi məlumatlar da daxil olmaqla kənarda çox sayda məlumat var. Onu diqqətinizdən yayındırın. Ayrıca evdən işləsəniz də bir ara verməlisiniz. Üçüncü tövsiyəm ünsiyyətdir. Nəzərə almaq lazımdır ki, rabitə bizim üçün hər şeydir. Yalnız olanda, tək qalanda inlanlar ilə ünsiyyət qurun və bunun üçün telefon və sair bütün imkanlar var. Bu üç tövsiyyəyə riayət edin. Əgər riayət etsəniz siz təhlükəsiz karantin yaşayacaq və öz-özünüzü təcrid edə biləcəksiniz", deyə o vurğulayıb.
Eks kapiyan əlavə edib ki, sualtı qayıqda xidmət etmək təcrübəsi ona özünü təcrid etməyin öhdəsindən gəlməyə, dəqiq cədvələ əməl etməyə kömək edir və bu da onun fikrincə ən vacibdir.

Mənbə: sia.az