Xəstəlik zamanı çay təhlükəli imiş?

Çayın xəstəliklər zamanı təhlükəli olduğu ortaya çıxıb və bildirilib ki, qrip xəstəlikləri zamanı ənənəvi isti içkilər bu dövrdə sağlamlıq üçün təhlükəli ola bilər. SİA RenTv-yə istinadən xəbər verir ki, bunu "Sputnik" radiosuna tibb jurnalisti Olqa Kaşubina söyləyib.

Onun sözlərinə görə, xəstəlik zamanı isti çay içmək praktikası sağalma prosesini ciddi şəkildə ləngidə bilər. Kaşubina bəyan edib ki, qara çayda kafein var ki, bu da yuxu rejiminə müdaxilə edə, mənfi təsir göstərə bilər. Nəticədə insanlar özləri üçün ən güclü dərman olan sağlam yuxudan məhrum olarlar.

"Hərarətiniz olduğu zamanda su, kompot, meyvə içkisi və ya başqa bir şey içməlisiniz", deyə Kaşubina bildirib.

Kaşubina ayrıca əlavə edib ki, qan damarlarını sıxışdırdığı üçün bəzi hallarda, məsələn, angina üçün soyuq içkilər də faydalı ola bilər. Bununla birlikdə, o qeyd edib ki, yalnız həkim xəstələrə son tövsiyələrini verə bilər.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Vəziyyət məsafədən işləmək tələb edir

SONRAKI XƏBƏR

Peskov Putinin koronavirusdan necə qorunduğunu açıqladı