Bolnisi və Marneuli rayonlarında koronavirusdan qorunma tədbirləri - 130 mindən çox vətəndaş tibbi müayinədən keçirilib

Bolnisi və Marneuli rayonlarında koronavirusdan qorunma tədbirləri - 130 mindən çox vətəndaş tibbi müayinədən keçirilib

Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda 95 000-dən çox, Bolnisi rayonunda isə 38 000-dək vətəndaşın hərarəti termo skrininq metodu ilə yoxlanılıb.

Tibbi müayinələr zamanı Marneulidə 1 nəfərin, Bolnisidə 2 nəfərdə koronavirusa yoluxduğu aşkarlanıb. Bununla da Marneulidən virusa yoluxanların ümumi sayı 6-ya, Bolnisidə isə 3 nəfərə çatıb. Hazırda həmin vətəndaşlar xəstəxanalara yerləşdirilib və müalicələri davam etdirilir. Məlumat üçün onu da bildirək ki, qonşu Gürcüstanda ümumilkdə 115 nəfər koronavirusa yoluxub. Onlardan artıq 23 nəfəri tam sağalıb, 6000-dək vətəndaş isə karantin rejimində saxlanılır.

atv.az

Mənbə: www.atv.az