Koronavirusa görə linza taxanlara TÖVSİYƏ

Koronavirusa görə linza taxanlara TÖVSİYƏ

Koronavirusa qarşı əl və üzün təmiz olması ilə birgə gözlərin də qorunması vacibdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tibb mütəxəssisləri və optika ilə məşğul olanlar gözlərin necə qorunmasına dair fikirlər irəli sürüblər. Onlar hazırkı vəziyyətdə insanları linza taxmaqdan uzaq durmağa və eynək taxmağa çağırıblar. Mütəxəssislərin sözlərinə görə, linzalar daha çox mikrob daşıyan məhsuldur:

“İndiki halda eynək taxmağa üstünlük verin. Çünki eynək yaxınlıqdakı xəstənin onun asqırma və ya öskürək damcılarının gözünüzə düşməsinin qarşısını alır. Eynəkləri də tez-tez spirt və ya kolonya ilə təmizləyin, onları hər yerə qoymayın. Linzaları isə insanların çox olduğu yerlərdə çıxarmayın. Linza suyunu mümkün olduğu qədər tez-tez dəyişin. Əllərinizi də qoruyucu linza suları ilə dezinfeksiya etməyi unutmayın”.

Mənbə: lent.az