Karantin dövründə vətəndaş hansı hallarda polisdən yardım istəyə bilər? - RƏSMİ AÇIQLAMA

Karantin dövründə vətəndaş hansı hallarda polisdən yardım istəyə bilər? - RƏSMİ AÇIQLAMA

Karantin dövründə vətəndaşların zərurətdən bir sıra ehtiyacları yaranır. Evdən çıxma qadağası olan insanlar bəzən həmin ehtiyacları qarşılaya bilmirlər. Sosial şəbəkədə bir vətəndaş mobil telefonunun xarab olduğunu və belə halda nə etməli olduğu sualını ünvanlayıb. Ərzaq mağazaları və apteklər fəlaliyyət göstərir, amma digər mağazaların fəaliyyəti dayandırılıb. Onlayn xidmətdən başqa, belə olan halda vətəndaş nə etməlidir?

Polis bu məsələlərdə vətəndaşlara xidmət edə bilərmi?

Bakı şəhərə Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev

Yeniavaz.com-a açıqlama verərək məsələyə aydınlıq gətirib. O bildirib ki, vətəndaşın müraciəti ilə zəruri hallarda polis kömək edə bilər:

"O müraciətlərin sırasında telefon təmirindən tutmuş, bütün məsələlərlə bağlı müraciət edib polisdən kömək istəyə bilərlər. Yeni mobil telefon almaq üçün də onlayn rejimdə fəaliyyət göstərən mağazalara da müraciət edərək problemi aradan qaldıra bilərlər. Qeyd edim ki, vətəndaşların yalnız zərurət yarandığı təqdirdə sərbəst hərəkətinə icazə verilir”.

İlhamə Kələyeva

Mənbə: www.yeniavaz.com