Distant təhsil üçün ən yaxşı 6 ödənişsiz sayt və proqram – SİYAHI

Distant təhsil üçün ən yaxşı 6 ödənişsiz sayt və proqram – SİYAHI

Koronavirusla mübarizə məqsədilə distant təhsilə keçid onlayn təhsil texnologiyalarını aktuallaşdırıb. Ölkəmizdə bu məqsədlə əsasən, "Microsoft Teams" proqramından istifadə olunur
TED.az distant təhsil üçün ən əlverişli təhsil platformalarını təqdim edir:
- Bilgeis.net Orta Doğu Texniki Üniversitetinin yaratdığı onlayn təhsil platformasıdır. Tərkibində dizayn, beynəlxalq əlaqələr, video, digital marketinq və s. kurslar var. Dərslər ödənişsizdir və türk dilində tədris olunur. Kursu müvəffəqiyyətlə bitirənlərə PDF formatında sertfikat verilir.
- www.iienstitu.com İstanbul İşletme İnstitutu tərəfindən hazırlanıb. Burada insan resursları, marketinq, mühasibatlıq, xarici dil, ünsiyyət texnikaları, şəxsi inkişaf və s. barədə onlayn dərslər var. Dərslər türk dilindədir. Tələbələr ilkin qeydiyyat və kurs seçimi proseslərini iienstitu.com saytından edirlər. Dərslər isə uzem.iienstitu.com saytında yayımlanır. İİE-nin sertfikatı ödənişlidir.
- www.khanacademy.org dünya səviyyəli onlayn platformalardan biridir. İqtisadiyyat, maliyyə, sənət, humanitar elmlər, kompüter elmlərinə aid video dərs və testlər mövcuddur. Tədris ingilis dilindədir.
- www.edx.org tərkibində Data analitikası, Dil, Mühəndislik, Komüter elmləri, Menecment və s. sahələri birləşdirir.
Bu sahələr onlayn tədris edilir.
- Campusonline.com 2010-cu ildə yaradılmış onlayn təhsil platformasıdır. Digər kurslar kimi, Campus Online-nin tərkibində də müxtəlif ödənişli kurslar var. Sonda isə sertfikat verilir.

- Datacamp.com adından da göründüyü kimi, DataCamp, Data analitikasına dair kiçik və böyük ölçülü dərsləri tədris edən platformadır. Kursu uğurla bitirən tələbələrə sertfikat verilir.

Mənbə: ted.az