Agentlikdən alıcılara və istehsalçılara xəbərdarlıq - Hansı məhsulları sabunla yumalıyıq?

Agentlikdən alıcılara və istehsalçılara xəbərdarlıq - Hansı məhsulları sabunla yumalıyıq?

Koronavirus təhlükəsinin qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi İstehsalçı,eləcə də istehlakçılara,vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunur ki, vətəndaşlara qida məhsulları alarkən diqqətli olmalıdırlar. Bunun üçün müəyyən göstərişlər,qaydalar da müəyyən edilib

Qablaşdırılmış formada satılan meyvə və tərəvəzlər sabunlu suda yuyub durulandıqdan sonra istifadə edilməlidir. Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Ramazan Nəbiyev deyir ki, bununla məhsulların səthlərində qala biləcək virusları məhv etmək olar.

Ramzan Nəbiyev deyir ki, Qida Təhlükəsizliyi agentliyi istehlakçı və qida məhsulları istehsalçıları üçün xüsusi göstərişlər müəyyənləşdirib. Belə ki, istehlakçılara evə çatdırılma xidmətinə üstünlük vermək, daha çox kart, onlayn formada ödəniş edilməsi tövsiyyə olunub.

Agentliyin sektor müdiri göstərilən qaydalara əməl edilməsinə ciddi nəzarətin olduğunu da bildirdi.

atv.az

Mənbə: www.atv.az