Metro bağlandı, avtobuslarda vəziyyət necədir? - Xəttə əlavə ekspress avtobuslar buraxılacaq

Metro bağlandı, avtobuslarda vəziyyət necədir? - Xəttə əlavə ekspress avtobuslar buraxılacaq

Bu gün metronun işləməməsi səbəbindən səhər saatlarında avtobuslarda sıxlıq müşahidə olundu. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, xəttə əlavə ekspress avtobuslar buraxılıb. Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq qurum bəyan edib.

Dünən saat 22:00-dan etibarən metronun bağlanmasından sonra gözlənildiyi kimi əsas yük avtobus xətlərinin üzərinə düşdü. Səhər saatlarında həm müntəzəm, həm də ekspress avtobuslarda sıxlıq müşahidə edildi. Buna bəzi avtobusların intervalının çox olması da təsir göstərirdi. Gün ərzində sərnişin sıxlığı azalsa da, yenə də vətəndaşlar nəqliyyat vasitələrini gözləməli olurdular.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirir ki, sıxlığı aradan qaldırmaq üçün əlavə avtobuslar cəlb edilib.

Qarşıdakı günlərdə həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, xəttə əlavə ekspress avtobusların buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, ekspress xətlər üzrə avtobuslar saat 07:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Yerigəlkmişkən, M1 ekspress avtobusları Həzi Aslanov metrosundan başlayaraq, Əhmədli, Xalqlar Dostluğu , Neftçilər , Qara Qarayev , Koroğlu, Nəriman Nərimanov, Gənclik , Azadlıq , Memar Əcəmi stansiyalarından keçərək 20 Yanvar metrosuna doğru hərəkət edir. M2 isə Həzi Aslanov ,Əhmədli, Xalqlar Dostluğu, Neftçilər, Qara Qarayev, Koroğlu, Nəriman Nərimanov, Gənclik , 28 May , Sahil, İçərişəhər, Nizami, Elmlər Akademiyası, İnşaatçılar və 20 Yanvar metro stansiyası xətti üzrə işləyir. Həmçinin M3 ekspres avtobusları Koroğlu metrosundan – 28 May metrosuna, M4 20 Yanvar metrosundan – Səməd Vurğun bağına, M5 Koroğlu metrosundan – 20 Yanvar metrosuna , M6 Əhmədli metrosundan – Səməd Vurğun bağına, M7 isə İnşaatçılar metrosundan – Nəriman Nərimanov metrosuna hərəkət edir.

atv.az

Mənbə: www.atv.az