Koronavirusun çökdürdüyü İtaliya daha bir təhlükə ilə qarşılaşa bilər – Mafiyanın Siciliyada hakimiyyəti ələ keçirmək planı...

Koronavirusun çökdürdüyü İtaliya daha bir təhlükə ilə qarşılaşa bilər – Mafiyanın Siciliyada hakimiyyəti ələ keçirmək planı...

Mafiya yeni növ koronavirus (COVİD-19) epidemiyasının Avropada ən çox yayıldığı ölkə İtaliyanın yoxsul cənub bölgəsində yarana biləcək hakimiyyət boşluqdan faydalana bilər. Bununla bağlı kəşfiyyyat əldə edən ölkə rəhbərliyi Siciliyanın paytaxtı Palermoda təhlükəsizlik tədbirlərini artırıb.

Baki-xeber.com xəbər verir ki, “South China Morning Post” qəzeti, karantin elan ediləndən sonra ölkənin yoxsul cənub bölgəsində iqtisadi vəziyyətin getdikcə pisləşməsi və sosial mediada bəzi cinayətkar qrupların marketlərə hücum hazırlıqları barədə kəşfiyyat məlumatından sonra Palermonun kritik ərazilərində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çıxarıldığını yazıb.

Siciliyada həyati əhəmiyyətli qida və dərman təchizatında problemlərin yarandığına diqqət çəkilən xəbərdə, rəsmi şəxslərin, yarana biləcək boşluğun mafiya tərəfindən doldurulacağından narahat olduğu bildirilir.

İtaliyanın "La Stampa" qəzetinə danışan Palermo bələdiyyə başçısı Loluka Orlando isə, "Daha sürətlə hərəkət etməliyik. Gərginlik zorakılığa çevrilə bilər" deyərək xəbərdarlıq edib.

İtaliya hökumətinin də problemli bölgə ilə bağlı yeni bir strategiya üzərində çalışdığı iddia edilir.

Mənbə: www.baki-xeber.com