Dünya koronavirusun fəsadları qarşısındadır

Dünya koronavirusun fəsadları qarşısındadır

Çərşənbə günü İspaniyanın koronavirusa yoluxma hallarının 100 000-i keçdiyini açıqladığı bir vaxt, Səudiyyə Ərəbistanının yüksək səviyyəli bir rəsmisi Həcc ziyarətinə getməyi planlaşdıran insanları bunu yaxın zamanda etməməyə çağırıb.

Hazırda İspaniya virusun qlobal qaynar nöqtələrindən biridir və yoluxma hallarının sayına görə yalnız ABŞ və İtaliyanı qabaqlayır.

Dünyanın müsəlman zəvvarlar dini vəzifələrini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına iyulun sonlarında getməlidir. Ancaq virus pandemiyasına görə Səudiyyə Ərəbistanı artıq Məkkə, Mədinə və Həcc ziyarətlərini qadağan edib. Ümrə naziri Məhəmməd Saleh bin Tahir Bantin dövlət televiziyası ilə çıxışı zamanı xalqdan vəziyyətə aydınlıq gətirilmısini gözləmələrini istəyib.

ABŞ rəsmiləri amerikalıların koronavirusdan ölənlərin sayının 100 000-lə 240 000 nəfər arasında olacağına hazır olmaları barədə xəbərdarlıq edib, lakin bu rəqəmlərin sayının daha az olması üçün sosial məsafə tədbirlərini davam etdirməyin gərək olduğunu deyib.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Entoni Fauci ölənlərin sayının o qədər də çox olmayacağına ümid etdiyini, lakin sözün əsl mənasında insanların buna hazır olmalı olduqlarını deyib.

“İnsanlar əziyyət çəkir. İnsanlar ölür. Bundan sosial və qitisadi nöqteyi-nəzərdən keçmək asan olmayacaq. Lakin bu, bizim problemlərimizə cavab olacaq. Birlik olub, gələn 30 günü gözləyək. Bunu var gücümüz və əzmkarlığımızla edəcəyik" - deyə, Fauci bildirib.

Bütün dünya boyu virusun yayılmasının qarşısının alınması üçün şəhərlər, qəsəbələr, bölgələr və hətta ölkələr bağlanıb.

Mənbə: www.amerikaninsesi.org