Bankomatlar təhlükə mənbəyidir - Pul çıxardarkən nələrə əməl edək?

Bankomatlar təhlükə mənbəyidir - Pul çıxardarkən nələrə əməl edək?

Koronavirusla bağlı bankomatların təhlükəli olub-olmamasından söz açacağıq. İnfeksiya təmas yolu ilə də yayıldığından mütəxəssislər pul çıxararkən diqqətli olmağımızı tövsiyə edirlər. Bəs nələrə diqqət etməliyik, Şəlalənin süjetindən biləcəyik.

Koronavirus səthdə ən azı 2-9 saat arasında qaldığından bankomatlar da təhlükə mənbəyinə çevrilir. Nəzərə alsaq ki, ölkəmizdə onminlərlə insan bankomatdan istifadə edir, deməli virusun bu yolla daha çox ötürülməsi qaçılmaz ola bilər. İnfeksionist bildirir ki, pul çıxararkən müxtəlif düymələrə toxunan insan dərhal virusa yoluxa bilər.

Virus daşıyıcılarında xəstəlik əlamətləri müşahidə olunmadığı üçün həmin şəxslər xəstələrə nisbətən daha təhlükəli hesab olunur.

Həkim onu da qeyd etdi ki, kartlar fərdidirsə onları dezinfeksiya etməyə ehtiyac yoxdur. Yox, əgər bir başqasına verilibsə çipi çıxmaq şərtilə şərtilə spirtlə silinə bilər.

atv.az

Mənbə: www.atv.az