Baş Nazir bu qərarın qüvvəyə minməsi tarixini dəyişdi - QƏRAR

Baş Nazir bu qərarın qüvvəyə minməsi tarixini dəyişdi  - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı”nın və “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Primetime.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, sənədlə qərarın qüvvəyə minmə tarixi dəyişdirilib.

Dəyişikliyə əsasən bu Qərar 2021-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Mənbə: primetime.az