"Bu davamiyyətlə devalvasiya qaçılmazdır" - Ekspertlər

"Bu davamiyyətlə devalvasiya qaçılmazdır" - Ekspertlər

Dünyanıkoronavirus epirdemiyası bürüdüyü bir vaxtda, ölkələrdə iqtisadi aktivlik də zəifləyir. Bununla yanaşı, aşağı neft qiymətləri də xüsusən iqtisadiyyatı neftdənasılı olan ölkələrdə ciddi problemlər yaradır. Azərbaycanda da büdcənin əsas gəlir mənbəyi neftdir. Bütün bunları nəzərə alsaq, xüsusən, ölkədəki karantin rejimi dövründə manatın taleyi sual doğurur. Görəsən, koronavirus və karantin rejimi manatın kursuna necə təsir edib?
İqtisadçı ekspert deyir ki, koronavirus pandemiyasınınv manat üçün ən böyük zərbəsi o oldu ki, neftin qiyməti dünya bazarında düşdü.

Onun sözlərinəgörə, ilin sonuna kimineft qiymtləri busəviyyədə qalsa, manata ciddi təzyiq olacaq.



"Neftin qiyməti 27 dollar ətrafında dəyişir. Bizim büdcəmiz 55 dollar, tədiyyə balansımız isə 40dollar üçün müqabildir. Neft qiymətləri bu səviyyədə ilin sonuna kimi qalsa, tədiyyəbalansında ciddi dəyişiklik olacaq və manata təzyiq yaranacaq. Ona görə mərkəzi bank hələlik manatın kursunu saxlamaq üçün neft fondunun rezervlərindən istifadə edir. Təsadüfi deyil ki, təkcəmartda neft fondundan 1.9 milyard vəsait manatın kursunu saxlamaq üçün istifadəolunub. Bu qədər pul əvvəllər 3 aya satılırdı”, - deyə Samir Əliyev bildirib.

Ekspert düşünürki, nə qədər paradoksal olsa da, karantin rejimi manata olan təzyiqi minimumasalır.

Onun sözlərinəgörə, epidemiya yaranandan sonraxarici ölkələrlə əlaqələr minimuma düşdüyü üçün, ölkədən valyuta axını azalıb.

"Əvvəllər neft gəlirlərinı çıxsaq, ölkədən daha çox pul çıxırdı, ona görə də bütün sahələrdə mənfi saldoyaranırdı. Məsələn, turizmdən ölkəyə az pul gəlib, çox pul çıxırdı. Ancaq neft gəlirləri bu mənfi saldoları kompensasiya edə bilirdi. İndi neft gəlirləri azalsa da, karantin rejiminə görə ölkədən çıxış məhdudlaşdırılıb və pul axınının sürəti azalıb. Eyni zamanda iş yerlərinindayanması ilə əlaqədar insanların gəlirləri də azalıb və onlar pul yığa bilmirlər. Məsələn, martın əvvəllərində insanlar bütün gəlilərini təhlükəsiz saxlamaq vəartırmaq üçün banklara üz tutub dollarla dəyişməyə cəhd etsələr də, artıq belə cəhdləri görmürük. Ona görə də, karantin rejiminin manatın kursuna mənfi təsirindən çox, müsbət təsiri var”, - deyə iqtisadçı ekspert Samir Əliyev bildirib.

Digər bir ekspertNemət Əliyev isə düşünür ki, tədiyyəbalansında neft gəlirləri daha yüksək fərq yaratdığı üçün, hətta xaricə valyuta axını olmasa belə, karantin rejiminin manatın kursuna yaranmışhansısa təhlükənin minimuvma düşürməsindən danışmaq olmaz.

Onun sözlərinəgörə, bu günə qədər turizm və digərxidmət sektorlarında gəlirlərdən çox itkilər olurdu və bu da ciddi mənfisaldolara səbəb olurdu.Yalnız yüksəkneft qiymətlətləri və bu neftdən gələn yüksək gəlirlər fərq yaradıb, mənfi saldonu kompensasiya edə bilirdi.



"Nəzərə alsaq ki, ölkəyəxarici valyuta az gəlir,eyni zamanda azda çıxır. Bu halda tədiyyə balansındaindiki gəlir və itkilərlə belə ciddi mənfi saldo yaranacaq. Onu da nəzərə almalıyıq ki, Azərbaycanın daxili bazarının təlabatıının 50%-dənçox hissəsi xaricdən təmin olunurdu. Karantinrejimində biraz dişimizi sıxıb otursaq belə, bir müddət sonra yenidən məcburiyyət qarşısında valyuta axınına yolverəcəyik, çünki insanların təlabatınıödmək üçün daxili bazarlardakı təlabat ödənməlidir. Bu valyuta itkisi də Mərkəzi Bankı məcbur edəcək ki, manatın kursunu saxlamaq üçün əlavə rezervlərxərcləsin. Hesab edirəm ki, neftin indiki qiymətləri ilə, valyuta axınlarının fonunda hökumət 1 aya vəya ay yarıma manatın növbəti devalvasiyasına gedəcək. Ona görə də, karantin rejimininin manatınkursuna hansısa müsbət təsirindən danışmaq yersizdir”, - deyə iqtisadçı ekspert NemətƏliyev bildirib.

Həzi

 

Mənbə: anews.az