Bitmişdi, yenə geri gətirdilər – Uhanda yeni koronavirus

Bitmişdi, yenə geri gətirdilər – Uhanda yeni koronavirus

Rəsmi statistikaya əsasən koronavirusa yoluxma hallarının əksəriyyəti Böyük Britaniya, İspaniya və İtaliyadan gələn şəxslərdə aşkarlanır.

BAKI, 1 aprel — Sputnik. Böyük Britaniyada təhsil alan çinli yeniyetmə koronavirusu onun yayılma mərkəzi Uhana geri qaytarıb. Bu barədə Sputnik Azərbaycan ""-ə istinadən xəbər verir.

Çjou adlı tələbə Uhana Nyukasldan Dubay və Pekindən keçməklə gəlib. Pekin hava limanında ondan koronavirusla bağlı analiz götürülüb. Yeniyetmədə xəstəliyin simptomları olmayıb, lakin testin nəticəsi müsbət olub.

Çjou koronavirusun simptomsuz daşıyıcısı kimi Uhan xəstəxanasına yerləşdirilib. Nəşr vurğulayır ki, rəsmi statistikaya əsasən koronavirusa yoluxma hallarının əksəriyyəti Böyük Britaniya, İspaniya və İtaliyadan gələn şəxslərdə aşkarlanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 847 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: sputnik.az