COVİD-19: Afrika kömək üçün yalvarır – Qitə FƏLAKƏT qarşısında

COVİD-19: Afrika kömək üçün yalvarır – Qitə FƏLAKƏT qarşısında

Koronavirus pandemiyası şəraitində Afrika qitəsində milli səhiyyə sisteminin dəstəklənməsi üçün 100 mlrd. ABŞ dolları lazım ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Afrikanın İqtisadi Komissiyası məlumat yayıb.
Lazımi ləvazimatların çatışmaması səbəbindən hələ ki, yalnız karantin şəraitinin tətbiq edilməsi mümkündür. Qitənin maliyyə mərkəzlərindən biri, çox milyonluq əhaliyə malik olan Laqosda artıq karantin elan edilib. Bu günə qədər Afrikada üzrə təqribən 6 min koronavirusa yoluxma faktı qeydə alınıb.

BMT-nin İnkişaf Proqramının (UNDP) əməkdaşı Akim Steyner həyəcan təbili çalaraq bildirir ki; “COVUD-19 sunamisi qarşısında dünyanın daha çox ehtiyaca malik olan ölkələrinin taleyi necə olacaq? Onlar ən hazırlıqsız ölkələrdir və bizim ən böyük çətinliyimiz onların ən qısa zamanda tibbi avadanlıqlar və ixtisaslaşmış tibbi heyət ilə təmin edə bilməməyimizdir. Bütün bunlar isə onlar üçün həqiqi epidemioloji faciə ilə nəticələnə bilər”.

Ekspertlər Ebola epidemiyası zamanı yaranan böhranı Koronavirusla müqayisəyə gəlməz dərəcədə kiçik hesab edirlər. Afrikada yoluxma və ölümün zirvə nöqtəsinin üzümüzə gələn 2-3 həftəyə müşahidə ediləcəyi gözlənilir.

NOCOMMENT.az

Mənbə: konkret.az