Karantin şəraitindən istifadə edib könüllü adı ilə pul qazanırlar

Karantin şəraitindən istifadə edib könüllü adı ilə pul qazanırlar

Rusiyada karantin şəraitindən istifadə edən cinayətkarlar özlərini könüllü kimi təqdim edərək insanları aldatmağa çalışırlar.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, fırıldaqçılar adətən tənha yaşlıları aldadaraq pullarını mənimsəyir, dərman, ərzaq alacaqlarını söz verərək yoxa çıxırlar.

Rusiya polisi əhalini diqqətli olmağa çağırıb.

Bildirilib ki, cinayətkarlardan fərqli olaraq əhaliyə yardım göstərən könüllülər xüsusi gödəkcədən, nişandan istifadə edir və məsafə saxlamaq kimi qaydalara əməl edirlər.

Gülçin Cəmil

Mənbə: open.az