Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları aztəminatlı ailələrə zəruri kömək göstəriblər

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları aztəminatlı ailələrə zəruri kömək göstəriblər

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq, rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım ediblər.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində aztəminatlı sakinlərin qayğıları ilə maraqlanıb, “Evdə qal” aksiyasına əməl edən şəxslərə zəruri kömək göstəriblər.

Sakinlər onlarla maraqlandıqlarına və qayğılarına qaldıqlarına görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az