Sevgililər onlayn toy elədilər

Sevgililər onlayn toy elədilər

Rusiyada karantin səbəbiylə gənclər online olaraq toylarını təşkil ediblər. Qeydiyyatı dünyanın hər yerindən dostları və tanışları izləyiblər.

KONKRET.az xəbər verir ki, Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində ilk dəfə online nikah qeydə alınıb. “İnstagram”da birbaşa translyasiya keçirilib.

Karantin səbəbiylə qeydiyyatda yalnız ən yaxın olanlar iştirak edib.

Bu barədə bölgə Qeydiyyat İdarəsinin mətbuat xidmətinin sosial şəbəkəsində məlumat verilir.

Gənc ruslar Andrey və Yekaterina evlənməyə yarım il əvvəl qərar veriblər. 5 il bundan əvvəl tanış olublar.

Onlayn qeydiyyatı cütlüyün bütün Arxangelsk bölgəsindən, eləcə də Moskva, Sankt-Peterburq, BƏƏ və ABŞ-dan olan dostları izləyib.

Yeni evlənənlər koronavirusa görə tətbiq olunan karantin çıxarıldıqdan sonra bal ayını keçirməyi planlaşdırırlar.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az