İstehsalın buna gücü çatmır - İbrahim Məmmədov

İstehsalın buna gücü çatmır - İbrahim Məmmədov

Pandemiya planlaşdırılmış aksiya deyil. Bu, hər zaman olmur. Nəyəsə təlabat kütləvi şəkildə artırsa, o məhsul üzrə qıtlıq yaranır.

Axar.az xəbər verir ki, bunu Operqərargahın konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

"Maskalara tələb kütləvi şəkildə artdığı üçün istehsalın buna gücü çatmır. Bir müddət əvvəl yerli maska və spirt istehsalının təşkili üçün tədbirlər görülüb. Burada əlavə dəyər vergisinin ləğv edilməsi, güzəştli kreditlər təklif edilib. Bu sahədə irəliləyiş var. Spirt məhsullarının Azərbaycan istehsalının qablaşdırılması ilə bağlı problem vardı. Hazırda bu sahədə də işlər görülür.

Sumqayıtda maskaların istehsalına başlanılıb. Bu proses aprelin ilk həftəsində başa çatacaq. Avadanlıqlar quraşdırılıb, zəruri olan xammal gətirilib. Tezliklə iki və üç qatlı, bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılılacaq. Maskaların istehsalı ilk dövrdə gündə 200 min ədəd olacaq", - İ.Məmmədov qeyd edib.

Mənbə: axar.az