Operativ Qərargah: “Bütün qayda və tələblərə riayət olunsa, koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər”

Operativ Qərargah: “Bütün qayda və tələblərə riayət olunsa, koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər”

“Bütün qayda və tələblərə riayət olunduğu halda koronavirusla bağlı 2 həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar: “Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.

Mənbə: apa.az