Sosial şəbəkələrdə yanlış məlumat yayan 10 nəfər həbs edilib

Sosial şəbəkələrdə yanlış məlumat yayan 10 nəfər həbs edilib

“Polisin karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün kifayət qədər şəxsi heyəti, vasitələr var”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Ə. Baqişev insanların karantin rejimin riayət eləməsi üçün kifayət qədər şəxsi heyət və vasitələrin olduğunu bildirib: “Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün şəhər və rayonları bağlanıb, postlar qurulub”.

Ə. Baqişev deyib ki, karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq edilib.

Mənbə: lent.az