“Avtobusda sıxlığın olmaması üçün evdə oturmaq lazımdır” – BNA rəhbəri

“Avtobusda sıxlığın olmaması üçün evdə oturmaq lazımdır” – BNA rəhbəri

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı davam edir.

Musavat.com xəbər verir ki, mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli hazırda avtobuslarda sıxlığına olmasına münasibət bildirib.

Vüsal Kərimli deyib ki, ekspres xətlərdə sıxlığına olmaması üçün BNA tərəfindən ciddi nəzarət həyata keçirilib.

Digər marşurut xətlərində sıxlığına olmasına isə Vüsal Kərimli qısa olaraq cavab verib: “Avtobusda sıxlıq olmaması üçün evdə oturmaq lazımdır. Qısa və konkret”.

Vüsal Kərimli onu da qeyd edib ki, karantin rejimi tətbiq ediləndən nəqliyyatda sıxlıq hər gün azalır.

Maska olmaması məsələsinə Vüsal Kərimli də münasibət bildirib. Deyib ki, “maska yoxdur” ifadəsi doğru deyil: “Arxa planda görülən xeyli işlər var. Dövlət vətəndaş üçün çalışır. Bu ifadə mənə çox pis təsir edir. Bütün dünyada bu qıtlıq var. Dünya pandemiya bəlası ilə üz-üzə qalıb”.

Mənbə: minval.info