Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək”

Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək”

“Yaşayış yerini tərk etməklə bağlı yaradılan SMS nömrələrinə yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev pozitiv ruhlu vətəndaşlara məsuliyyətli olmaları barədə çağırış edib:
“SMS sisteminə bilərəkdən yanlış məlumat vermək, yaxud aidiyyatı olmayan məzmunlu məlumat göndərməkdən çəkinsinlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur”.

Agentlik sədrinin sözlərinə görə, sui-istifadə halları müəyyən edilərsə, aidiyyatı olaraq hüquq-mühafizə orqanlarına bu barəd məlumat veriləcək:
“Bu da karantin rejiminin pozulması deməkdir. İnzibati və cinayət məsuliyyətinə səbəb olacaq hallardır”.
 

Mənbə: modern.az