Məkkə və Mədinədə küçəyə çıxmaq qadağan edildi

Məkkə və Mədinədə küçəyə çıxmaq qadağan edildi

Eastnews.org-un verdiyi xəbərə görə, koronavirus ilə mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanı da digər dövlətlərin təcrübəsini həyata keçirib.

Belə ki, Məkkə və Mədinə şəhərlərində küçəyə çıxmaq qadağan olunub.

"Vətəndaşlar saat 06:00-dan 15:00-a qədər küçəyə çıxaraq sadəcə ərzaq və digər ehtiyaclarını ödəyə bilərlər", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, qərar sabahdan etibarən qüvvəyə minəcək.

Mənbə: eastnews.org