“Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi

“Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi

“Xüsusi karantin rejimi tətbiq ediləndən daxili işlər nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparırlar”.

Modern.az-ın məlumatına görə, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.


Ə.Baqişev qeyd edib ki, karantin qaydalarına riayət edilməsi üçün bütün tədbirlər həyata keçirilir:
“Yeni qaydalara əsasən elektron hökumət portalından vətəndaşlara küçəyə çıxmaq üçün verilmiş icazələr nazirliyin sisteminə ötürüldükdən sonra həmin məlumatlar polis əməkdaşlarının istifadəsində olan planşetlərdə öz əksini tapacaq. Patrul xidmətinə cəlb edilmiş əməkdaşlarımız küçədə hərəkət edən vətəndaşdan şəxsiyyət vəsiqəsini tələb edəcək və küçəyə çıxmaq səbəbini soruşacaq. Vətəndaşlar icazə verildiyini bildirdikdə, planşetlərdə məlumatların uzlaşdırılması aparılacaq, ona doğrudan da küçəyə çıxmaq barədə icazə verilib-verilmədiyi müəyyən ediləcək. Əgər vətəndaşa icazə verilibsə, getdiyi istiqamətdə hərəkətini davam etdirəcək. Yalnış məlumat verən vətəndaşın hərəkəti karantin rejiminin pozulması kimi qiymətləndiriləcək”.

DİN rəsmisi bir daha vətəndaşlardan karantin rejiminin qadalarına riayət etmələrini tələb edib:
“Vətəndaşları xəbərdar etmək etmək istəyirəm ki, vəziyyətə ciddi yanaşsınlar. Ölkədə ağır vəziyyət yaranıb. Koronavirus infeksiyası dayanmadan yayılmaqdadır, ölkənin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində müşahidə edilir. İnsnaların evdən zərurət olmadan ev çıxamları onların özünün, yaxın ətrafının və digələrinin, həmçinin onların təhlükəsizliyini təmin edən polis əməkdaşlarının da yoluxmasına zəmin yaradır. Diqqətə çatdırıram ki, karantin qaydalarını pozmuş vətəndaşlar barədə ən ciddi tədbirlər görüləcək”.

Mənbə: modern.az