Həyatının 40 ilini yəhudilərin qatilini tapmağa həsr etmiş tarixçi — Efraim Zuroff

Həyatının 40 ilini yəhudilərin qatilini tapmağa həsr etmiş tarixçi  —  Efraim Zuroff

İkinci dünya müharibəsi zamanı bir çox alman əsgərlərinin ailəsi onların müharibədə nələr etdiyindən xəbərsizdirlər. Efraim Zuroff 40 ildir nazi alman əsgərlərinin axtarışındadır.

''Ölkə.Az'' xəbər verir ki, 1941-1945-ci illər arasında 6 milyon yəhudi uşaq, kişi, qadın və qoca öldürülüb. Müharibənin bitməsinin ardından işkəncə verən əsgərlərin çoxu evlərinə qayıdıb ailə-uşaq sahibi olaraq həyatlarına davam ediblər. Üstəlik həmin əsgərlərin bir qismi hələ də yaşayır. Onları aşkara çıxarıb ifşa etmək üçün Dr. Efraim Zuroff adlı tarixçi 40 il əvvəl tapşırıq alıb. Zuroff bütün həyatını həmin alman əsgərlərinin axtarışına həsr etdiyi deyib. O tez-tez ölümlə hədələndiyini deyərək ''İnternet vasitəsi ilə mənə mesajlar göndərərək ölümlə hədələyirlər. Əgər ifşa etdiyim nazi alman əsgəri Georg Aschnerin başına bir iş gələrdisə mənim başıma pul qoyub öldürəcəkdilər'' sözlərini deyib. 1948-ci ildə Nyu-Yorkda anadan olan tarixçi Zuroff Yeshiva universitetindən məzun olduqdan sonra İsrailə qayıdaraq Holokost qurbanlarının qatillərinin izini sürüb. O 1980-ci ildə ABŞ üçün çalışaraq müharibədən sonra Amerikaya qaçan əsgərlərin axtarışında olub. Həm tarixçi, həm də dedektiv olan Zuroff müharibə bitdikdən sonra nazi alman əsgərlərlərinin 3 böyük qurup halında qaçdıqlarını deyib. Birinci qurupda Sovet əsgərlərinin əlinə keçməsin deyə Amerikaya dəvət olunan elm adamları və mühəndislər olub. İkinci qrupun əsgərləri cəsusluq üzrə təlim keçərək həyatlarına davam ediblər. Üçüncü ən böyük qrup isə yoxa çıxaraq şərqi Avropada uzun ömürlü həyat yaşayıblar. Zuroffun məqsədi həmin alman əsgərləri ölmüş olsa belə ailələrinə ifşa olunaraq onların necə qaranlıq keçmişlərinin olmasını göstərməkdir. Çünki həmin əsgərlərin heç birinin ailəsi və yaxınları yəhidiləri öldürmə düşərgələrində onalara necə işkəncə verdiklərindən xəbərsizdirlər.

Mənbə: olke.az